Kəlbəcərdə yük avtomobili aşdı - 2 ölü

Kəlbəcərdə yük avtomobili aşdı - 2 ölü
10:34

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 News365.az bu gün səhər saatlarında yük avtomobili Kəlbəcər rayon Qamışlı kəndində hərəkətdə olan zaman idarəetməni itirərək dərəyə aşıb.

    Nəticədə, sərnişin 64 yaşlı Gəncə şəhər sakini M. Məmmədov hadisə yerində, digər sərnişin 48 yaşlı Şəmkir rayon sakini R. Şahnəzərov isə xəstəxanada ölüb.

    Sürücü 37 yaşlı E. Nadirov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.


    Sizin reklam burada
    Sizin reklam burada