Qəbiristanlığa yaxınlarının məzarını ziyarət üçün gedən 83 yaşlı qadın orada dünyasını dəyişib.
News365.az xəbər verir ki, hadisə Mingəçevirdə, Havarlı qəbiristanlığında qeydə alınıb.
Məlumata görə, vəfat edən şəxs 1942-ci il təvəllüdlü Şövkət Abbas qızı Nəbiyevadır
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.