Kartdan istifadə edənlər daha çox pul xərcləyirlər- MARAQLI SƏBƏB

Kartdan istifadə edənlər daha çox pul xərcləyirlər- MARAQLI SƏBƏB
03 Fev 2025 10:24

Kredit kartı istifadə edənlər, nəğd pul istifadə edənlərə nisbətən 25-30% daha çox xərcləyirlər”.

Bunu News365.az –a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, kredit kartı ilə alış-veriş etməyin insanın pul xərcləmə həvəsinə ciddi təsiri vardır:

“Bu mənim fərziyəm deyil. Bir çox tədqiqatlar bunu təsdiqləyir (Harvard Business Review: "The Psychological Costs of Convenience" və Journal of Consumer Research: "Credit Card Debt and Psychological Costs" və s.)

Səbəb sadədir. Nəğd pul istifadə edərkən hər dəfə pul xərclədikdə, fiziki olaraq pulun əllərindən çıxması insanlara itki hissi yaradır, bu da xərclərin azaldılmasına səbəb olur. Lakin, kredit kartı ilə alış-veriş etdikdə, bu hissiyat olmur. İnsanlar kartla ödəniş etdikdə, pulun real olaraq əllərindən çıxmadığını hiss etmədikləri üçün daha rahat xərcləyir və alış-verişə daha çox meyl edirlər.

Bildiniz, Frank McNamara niyə kredit kartını icad edib?!”

News365.az


Sizin reklam burada
Sizin reklam burada