Kanalizasiya çəkənlər torpağın altında qalıb öldülər

Kanalizasiya çəkənlər torpağın altında qalıb öldülər
09 May 2025 18:34

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda torpaq uçqunu nəticəsində bir nəfər həyatını itirib, daha bir nəfər isə yaralanıb.

"24News.ge" portalı xəbər verir ki, hadisə bu gün günorta saatlarında Marneuli şəhərinin Çavçavadze küçəsində baş verib.

Belə ki, “China Group” şirkətinin iki əməkdaşı su-kanalizasiya sisteminin quraşdırılması zamanı qəfil torpaq sürüşməsi nəticəsində torpaq altında qalıb. Nəticədə işçilərdən biri hadisə yerində həlak olub, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hər iki zərərçəkən Marneulinin Candar qəsəbəsinin sakinləridir.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada