Çeçenistan rəhbərinin oğlu Adam Kadırovun yeni medalla təltif edilməsini əks etdirən video sosial şəbəkələrin Rusiya seqmentində geniş müzakirələrə səbəb olub. İnternet istifadəçiləri kadrlarda Rusiyanın xaçsız gerbinə diqqət yetiriblər.
"Rusiya Federasiyasının xaçsız gerbini videoda aşkar görmək olar. Görüntü Adama "Axmat-Qroznı" OMON-un yaranmasının 25 illiyi şərəfinə medal təqdim edilən zaman çəkilib. Arxa fonda qırmız kərpiçli divara yerləşdirilmiş Rusiya gerbinə dəyişiklik edilib. Gerbdə xaç silinib...", - yerli media yazıb.
Tural