Enməyə hazırlaşan təyyarənin mühərriki dayandı

Enməyə hazırlaşan təyyarənin mühərriki dayandı
13 May 2025 11:03

İstanbulun Sabiha Gökçen hava limanında fövqəladə hadisə baş verib.   

News365.az-ın məlumatına görə, Doha-İstanbul reysini həyata keçirən Qatar Airways-ə məxsus sərnişin təyyarəsinin mühərriklərindən biri uçuş zamanı sıradan çıxıb. 

Hadisə dünən axşam saatlarında qeydə alınıb.  Məlumata görə, təyyarə Bursa üzərində olarkən mühərrik nasazlığı ilə üzləşib. Pilot dərhal Hava Hərəkəti İdarəsi ilə əlaqə saxlayaraq fövqəladə vəziyyət elan edib. Təyyarə bir müddət havada dövrə vurduqdan sonra tək mühərriklə Sabiha Gökçen hava limanına təhlükəsiz eniş edib. 

 Eniş zamanı hava limanında Xilasetmə və Yanğınla Mübarizə Xidməti (ARFF), eləcə də HEAŞ-a (Hava limanı Əməliyyat və Aviasiya Sənayesi Şirkəti) aid tibb qrupları hazır vəziyyətə gətirilib. Təyyarə uçuş-enmə zolağında dayandıqdan sonra ARFF əməkdaşları təxminən 8 dəqiqə ərzində təyyarəni təhlükəsiz şəkildə park vəziyyətinə gətiriblər.


Sizin reklam burada
Sizin reklam burada