Ordumuzdan intiqam almaq istəyən erməni əsgər necə məhv edilib?

Ordumuzdan intiqam almaq istəyən erməni əsgər necə məhv edilib?
12:22

İkinci Qarabağ müharibəsi 5 il öncə bitsə də, məğlub Ermənistan ordusunun uğursuz fəaliyyəti, döyüşlərdə xeyli sayda itkilərin verilməsi ilə bağlı işğalçıların məqalə və açıqlamaları hələ də davam edir. Erməni döyüşçülərin, yaxud da məhv edilmiş əsgərlərin yaxınlarının verdiyi açıqlamalarda əsasən Azərbaycan hərbçilərinin uğurlu əməliyyatlarına dair qorxu və təəccüb hiss olunur. Buna misal olaraq Aram Petrosyan adlı əsgərin Nina adlı əmisi qızının "Lurer" nəşrinə verdiyi yeni müsahibəni göstərmək olar.

 

O qeyd edib ki, Aram Kotaykın Aqavnadzor kəndindəndir. Əvvəl təhsilinə fikir versə də, sonradan meylini idmana salıbmış. Aram taekvondo ilə məşğul olub, müxtəlif yarışlarda iştirak edib və medallar da qazanıbmış. Amma işğalçı ordunun əsgərinin sağlam bədəni olsa da, sağlam ruhu olmayıb. Petrosyan kapitulyasiya ilə bitirdikləri müharibədən sonra intiqam hissini gizlətməyib: “O, hərbi xidmətə çağırılanda ilkin xidmətini Sünikin (Zəngəzur-red.) Sisian şəhərindəki Noravan hərbi hissəsində keçirdi. Daha sonra Qafan hərbi hissəsinə göndərildi. Əmim oğlu böyük sevinclə orduda xidmətə getmişdi. Aram 44 günlük müharibədə yaxın dostu Levon Mxitaryanı itirdiyi üçün intiqam hissi ilə alışıb yanırdı”.

 

Nina əmisi oğluna ermənilərin məşhur “taktiki gediş”ləri olan fərarilik, qaçıb gizlənmə metodlarını da məsləhət görübmüş: “2021-ci ilin noyabrın 16-da Zəngəzurda toqquşmalar baş verdi. O vaxt Aram artıq xidmətdə idi. Bizimlə 2-3 gün əlaqə saxlamadı, başımıza nələrin gələ biləcəyini belə təsəvvür edə bilmirdik. Yayılan xəbərlərdən sonra məlum oldu ki, Noravanda insan tələfatı var. Mən  ona belə hadisələr zamanı qaçıb gizlənməyi tövsiyə etdim, Aram mənə bu cür cavab verdi-bilirsən, biz gizlənpaç oynamırıq. Sən döyüşün nə olduğunu başa düşmürsən.  2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə sərhəddə güclü döyüşlər başladı. Aramla gecə saat 12:15-ə qədər danışdıq. O, atasına hər şeyin yaxşı olduğunu dedi, amma uzun müddət danışa bilməyəcəyini söylədi".

 

İndi o biri dünyada taekvando ilə məşğul olan Aram sentyabrın 13-də Nerkin-Anddakı mövqedə güllə və qəlpə yaraları alandan sonra ölüb.

 

Erməni qadın döyüşlərdən sonra valideynlərin aparılan araşdırmalardan narazı qalmalarından da söz açıb: “Sentyabr döyüşləri ilə bağlı xeyli suallar var. Açılan cinayət işləri ailələrin ortaya qoyduğu suallara cavab tapa bilmir və zaman keçdikcə valideynlər özləri övladlarının hansı şəraitdə ölməsini ilə bağlı yeni faktlar aşkarlayırlar”.

 

Nina Ermənistan ordusunda İkinci Qarabağ müharibəsindən sonra yaranmış xaosun nümunəsini də göstərib: "Tutaq ki, Aramın düşdüyü vəziyyət ümidsiz olub və onun öz mövqeyində kimdənsə yardım alması mümkün deyilmiş. Amma orada 10 mövqe var idi. Necə oldu ki, heç birindən kömək gəlmədi? Hətta bir əsgər olub ki, öz postunda tək-tənha qalaraq ölüb. Oğlanlarımız köməksiz, təkbaşına 12 saatdan çox güllə altında qalıblar. Onların qarşısına "Bir addım da geri çəkilmək" olmaz prinsipi qoyulubmuş. Amma əsgərlər əmrə tabe olmayıblar.

 

 Bu mövzuda hələ də ən vacib suala cavab tapmamışıq. Onları sentyabrın 12-də axşam saat 7 radələrində mühəndis işləri aparmaq üçün döyüş mövqelərinə qaldırıblar. Bu qərar niyə verildi? Bu sual bu günə qədər cavabsız qalır”.

 

Nina deyib ki, sentyabrın 13-də əsgərdən gəlmiş son zəngdən sonra erməni valideynlər oğlunu axtarmağa başlayıblar. Onlara Aram və dostlarının meşəyə sığınmaları barədə xəbər verilib. Bəziləri isə əsgərlərin əsir düşmələrini iddia edib: “Amma müəyyən şəxslər Aramın öldüyünü bilirdilər. Sadəcə bu fərziyyəni təsdiq edəcək heç bir dəlil demirdilər. Edə biləcəyimiz tək şey gözləmək və ümidli olmaq idi. Ancaq müsbət xəbər gözləntiləri özünü doğrultmadı. Oktyabrın 4-də Aramın ölüm xəbəri təsdiqləndi. 25 gün Aramdan xəbər olmadı. Hər gün onun əsir olduğunu deyirdilər”.

 

Xəmirləri işğalçılıq ideyası ilə yoğrulmuş ermənilər tarixdəki mənasız itkilərindən dərs almırlar.

Nina söhbət zamanı digər yaxın qohumunu da xatırladıb: "1993-cü ildə daha bir əmim oğlunu-Arturu itirmişdim. O, Ömər aşırımında öldürüldü. Aram və Artur eyni adam kimi görünürdülər. O vaxt qürur hissi keçirirdik. Çünki mən bilirdim ki, o, zəfər uğrunda öldü".

Tural


Sizin reklam burada
Sizin reklam burada