Filippinin Neqros adasındakı Kanlaon vulkanında püskürmə baş verib.
News365.az-ın məlumatına görə, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu açıqlama verib.
Açıqlamada püskürmənin 5 dəqiqə davam etdiyi və püskürmə zamanı vulkandan təxminən 3 kilometr yüksəkliyə kül səpildiyi bildirilib.
Püskürmə zamanı vulkanın cənub yamaclarında 2 kilometr məsafədə isti qaz və vulkanik materialın axması müşahidə olunub.
Partlayışdan sonra bölgədə 3-cü səviyyəli xəbərdarlıq statusunun hələ də qüvvədə olduğu qeyd edilib. Vulkana yaxın yaşayış məntəqələrinin boşaldılması lazım olduğunu xatırladan Phivolcs, axın, qaya parçaları və kül yağışı kimi təhlükələrə qarşı diqqətli olmağa çağırıb.