“Separatçı terror təşkilatının silahı yerə qoyub özünü ləğv etmək qərarını açıqlanması Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi “Terrordan Azad Türkiyə” prosesinin güclənərək mühüm mərhələyə keçdiyinin əyani göstəricisidir.
News365.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Fahrettin Altun bu fikirləri sosial şəbəkə hesablarındakı paylaşımında bildirib.
Departament rəhbəri qeyd edib ki, Türkiyə 40 ildən çox vaxt ərzində indiki mərhələyə qədər çox sınaqlardan keçib, qurbanlar verib, əziyyətlər çəkib.
“Bizi bu günə çatdırmaq üçün misilsiz zəhməti olan və Vətən üçün canını fəda edən əziz şəhidlərimizin hər birini rəhmət və rəhmətlə yad edirik. Türkiyə Cümhuriyyəti sülh, əmin-amanlıq və sabitliyin hökm sürdüyü bir mühit yaratmaq üçün bütün bilik, imkan və gücü ilə bundan sonra çalışmağa davam edəcək”, - deyə paylaşımda vurğulanır.