Ermənistanda müəmmalı ölüm hadisəsi baş verib. Belə ki, dünən axşam saatlarında Kotayk rayonunda Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kriminal Polis İdarəsinin Kotayk Regional Cinayət-Axtarış İdarəsinə "Xndzornoç" mehmanxana kompleksinin ərazisində asılmış kişi meyitinin olması barədə əməliyyat məlumatı daxil olub.
"Shamshiyan" kriminal xəbər saytının yaydığı məlumata görə, alınan əməliyyat məlumatı araşdırılan zaman polis və patrul xidmətinin əməkdaşları otel kompleksinin həyətində dəmir məhəccərsən asılmış kişi meyiti aşkar ediblər.
"Polis və müstəntiqlər mərhumun şəxsiyyətini müəyyən ediblər. Onun Sünik (Zəngəzur-red.) sakini, 36 yaşlı Levon D. olduğu ortaya çıxıb. Onu yuxarıda adı çəkilən otel kompleksinin işçisi asmış vəziyyətdə aşkar edib. Faktla bağlı Abovyan rayon İstintaq Şöbəsində cinayət işi açılıb. Məhkəmə-tibb ekspertinin ilkin rəyinə görə, meyitin xarici müayinəsi zamanı heç bir zorakılıq əlamətləri aşkar edilməyib".
Qeyd edilib ki, müəmmalı şəkildə asılan şəxs Zəngəzur Mis-Molibden Zavodunda mühüm vəzifədə işləyib və idarə etdiyi “Nissan Patrol” markalı avtomobillə otel kompleksinə gəlib. Maraqlıdır ki, onun özünü asması və ya asılması heç bir otel işçisinin diqqətini çəkməyib. İnsident kameraya da düşməyib...
Tural