Tərtərdə baş verən qətllə bağlı cinayət işi başlanıb
Baş Prokurorluğun Mətbuat xidmətindən News365.az-a bildirilib ki, mayın 13-də saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini 1990-cı il təvəllüdlü Hafizə Rzayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rzayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
***
Tərtər rayonunun Poladlı kəndinin sakini Şəhriyar Hüseynov gəlinini qətlə yetirib.
News365.az-ın məlumatına görə, hadisə bu gün səhər baş verib.
35 yaşlı Hafizə Rzayeva bıçaqla öldürülüb.
Məlumata görə, Şəhriyar Hüseynovun oğlu Bakıda işləyir, gəlini iki uşağı ilə birlikdə onunla yaşayırmış.
Cinayətin namus üstündə baş verdiyi bildirilir. Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.