Universitetdə partlamamış mərmi aşkarlandı

Universitetdə partlamamış mərmi aşkarlandı
12:49

Yaponiyada maraqlı hadisəbaş verib. Xirosima Universitetinin kampusunda partlamamış mərmi aşkar edilib. Bu barədə Kyodo agentliyi məlumat yayıb.


"Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, təxminən saat 10:20-də universitetin ərazisindəki binalardan birinin söküldüyü yerdə uzunluğu təqribən 90 santimetr və diametri isə 25 santimetr olan hərbi əşya aşkar edilib. Hadisə yerinə özünümüdafiə qüvvələrinin mütəxəssisləri cəlb olunub. Ərazi nəzarətə götürülərək mühasirəyə alınıb. Universitetdə dərslər günün qalan hissəsi üçün ləğv edilib", - nəşr yazıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada