"Hindistana qarşı nüvə silahı istifadə edilməyəcək"- Pakistan

"Hindistana qarşı nüvə silahı istifadə edilməyəcək"- Pakistan
13:33

Hindistanla münaqişə zamanı Yeni Dehli hökumətinə qarşı nüvə silahından istifadə variantlar arasında yoxdur.

News365.az xəbər verir ki, bu sözləri Pakistanın xarici işlər naziri İshaq Dar CNN-ə müsahibəsində diqqətə çatdırıb.

Pakistanın baş diplomatı bəyan edib ki, Pakistanın özünü müdafiə etmək üçün Hindistanın hücumlarına cavab verməkdən başqa çarəsi yoxdur: 

"Atəşkəsdən sonra tərəflərin müzakirə etməli olduğu məsələlər var, lakin hələ də iki ölkənin rəsmiləri arasında heç bir görüş baş tutmayıb",- deyə o, əlavə edib.

Dar Cammu və Kəşmir bölgəsində qeyri-sabitliyin əsas səbəbi olduğunu söyləyib. Nazir vurğulayıb ki, onlar terrorçuluğun bütün formalarını qınayır.


Sizin reklam burada
Sizin reklam burada