Baş nazirin evini yandıran tapıldı

Baş nazirin evini yandıran tapıldı
12:56

London polisi Böyük Britaniyanın baş naziri Key Starmerin evini yandırmaqda şübhəli bilinən şəxsi həbs edib. Bu barədə xarici KİV London polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.


“Bir sıra yanğınlar törətməkdə şübhəli bilinən şəxs artıq həbs edilib”, - mətbuat xidmətindən bildirilib.

Böyük Britaniyanın baş nazirinin evinin yandırılmasının “yandırıcı bomba”nın istifadəsi ilə baş verməsi dəqiqləşdirilir. London polisinin fikrincə, bir neçə oxşar hadisə bunun seriyalı yanğınlar olduğunu düşünməyə əsas verir.

Saxlanılan şəxsin 21 yaşı var.

Tural


Sizin reklam burada
Sizin reklam burada