Bakının Xətai rayonunda avtomobildən 9 min 900 manat oğurlanıb.
Bu barədə News365.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı X.Mustafayev saxlanılıb. Araşdırma aparılır.