Tibbdə bir ilk: İflic xəstələri sağala bilər

Tibbdə bir ilk: İflic xəstələri sağala bilər
31 Mar 2025 12:53

Yapon tədqiqatçıları onurğa beyninin zədələnməsi nəticəsində yaranan iflicin tam müalicəsinin mümkün olduğunu açıqlayıblar. 

Bu barədə “Nature” jurnalı yazıb.

Bildirilib ki, aparılan eksperiment nəticəsində tamamilə iflic olmuş bir nəfər kök hüceyrə iynəsinin köməyi ilə yenidən ayağa qalxıb.

Eksperimentə Yaponiyanın Keyo Universitetinin professoru Hideyuki Okano rəhbərlik edib. Klinik sınaqlarda dörd yaşlı xəstə iştirak edib. Təcrübə başlamazdan iki-dörd həftə əvvəl onun onurğa beyni zədələnibmiş. 
 

Xəstələrə yetkin donor dərisindən və ya qan hüceyrələrindən alınan iki milyon induksiya edilmiş pluripotent kök hüceyrə (iPS hüceyrələri) tərkibli dərman vurulub. Dörd spesifik genin təsiri altında hazırlanan bu hüceyrələr insan orqanizmində istənilən növ hüceyrəyə çevrilə bilməsi üçün yenidən proqramlaşdırılıb. 


2006-cı ildə Nobel mükafatı qazanan yapon alimi Şinya Yamanaka tərəfindən yaradılan bu yenidən proqramlaşdırma texnologiyası hüceyrələrin qocalma prosesini tərsinə çevirərək, onları ilkin embrion vəziyyətinə qaytarır.

Təcrübələrin nəticələri alimləri heyrətləndirib. Pasiyentlərdən biri artıq sərbəst şəkildə ayaq üstə dayana bilir, digərinin isə qollarında və ayaqlarında hərəkətlilik qismən bərpa edilib. 

Tədqiqatçılar qeyd edir ki, əlavə sınaqlara ehtiyac olsa da, nəticələr iştirakçıların yarısının hərəkət funksiyalarını bərpa etmək ehtimalının olduğunu göstərir.

Bir il davam edən müşahisələr hüceyrə nəqlinin yan təsirlərini aşkar etməyib.


Sizin reklam burada
Sizin reklam burada