Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri dostluq stelasını açıblar - FOTO

Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri dostluq stelasını açıblar - FOTO
31 Mar 2025 15:54

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon və Qırğız Respublikasının Prezidenti Sadır Japarov üç ölkənin dövlət sərhədlərinin qovşağında yerləşən “Dostluq” stelasının açılışını ediblər.

Bu barədə Özbəkistan Respublikası Prezidentinin rəsmi saytı məlumat yayıb.

Açılış mərasimi Xucənddə təşkil olunub.
 

Məlumatda bildirilib ki, üç ölkənin baş nazirinin müavinləri videokonfrans vasitəsilə dövlət başçılarına tikinti işlərinin başa çatması və obyektin hazırlığı barədə hesabat veriblər.


Qeyd edilib ki, bu abidə qardaş ölkələrin dostluq, mehriban qonşuluq, etimad və strateji tərəfdaşlıq  münasibətlərinin yeni rəmzinə çevriləcək.













Sizin reklam burada
Sizin reklam burada