Ermənistanda parlament seçkiləri ilə bağlı təşviqat kampaniyasına start verilib.
News365.az-ın Ermənistan mediasına istinadən məlumatına görə, seçkiqabağı təşviqat bu gündən etibarən başlayıb və iyunun 5-dək davam edəcək.
Məlumata əsasən, ölkədə keçiriləcək parlament seçkilərində ümumilikdə 17 siyasi partiya və 2 seçki bloku mübarizə aparır.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də baş tutacaq.
News365.az