Sarkisyanın 1,7 milyon dollarlıq əmlakı müsadirə edildi

Sarkisyanın 1,7 milyon dollarlıq əmlakı müsadirə edildi
17:45

Ermənistanın Baş Prokurorluğunun iddiası əsasında ölkənin üçüncü prezidenti Serj Sarkisyan və onunla əlaqəli şəxslərə məxsus olduğu bildirilən qanunsuz əldə edilmiş əmlakın müsadirəsi ilə bağlı iş üzrə qərar qəbul edilib.

News365.az xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi iyulun 3-də Baş Prokurorluğun iddiasını qismən təmin edib.

    Qərara əsasən, Ermənistan dövlətinin xeyrinə müsadirə olunacaq əmlak arasında mənzil, avtomobil dayanacaqları və həmçinin faizlər nəzərə alınmadan təxminən 630 milyon dram (təxminən 1,7 milyon ABŞ dolları) nağd vəsait var.

    Məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra əmlaklar Ermənistan Respublikasının xeyrinə müsadirə olunacaq.


    Sizin reklam burada
    Sizin reklam burada