Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Fazil qızı Qurbanova tutduğu vəzifədən azad edilib.
News365.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən Demokrat.az-ın sorğusuna cavab olaraq bildirib.
Bildirilib ki, səhiyyə naziri Teymur Musayevin əmri ilə Cəmilə Qurbanova 3 iyun tarixindən etibarən "Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu" publik hüquqi şəxsin direktoru vəzifəsindən azad olunub. Nazirliyin məlumatına görə, hazırda institut direktorunun vəzifəsinin icrası baş həkim Xuraman Bağırovaya həvalə edilib.