Britaniyaya məxsus F-35 qırıcıları Arktika dairəsində “HMS Prince of Wales” aviadaşıyıcısının yaxınlığında fəaliyyət göstərən Rusiyanın “Bear-F” dəniz patrul təyyarələrini ələ keçirmək üçün havaya qaldırılıb.
News365.az xarici mediaya istinadla xəbər verir ki, Rusiya təyyarələri aviadaşıyıcının yaxınlığında dənizə izləmə cihazları atdıqdan sonra Britaniyaya məxsus F-35 qırıcıları onların qarşısını almaq üçün əməliyyata cəlb olunub.
Hadisə zamanı tərəflər arasında insident baş vermədiyi bildirilib.