İranda 37 aydır həbsdə saxlanılan PKK ilə əlaqəli olduğu bildirilən 4 nəfərin edam ediləcəyi bildirilir. .
News365.az xəbər verir ki, Türkiyə mediasında yayılan məlumatlara görə, sözügedən şəxslərlə bağlı edam qərarının yaxın vaxtlarda icra oluna biləcəyi bildirilir.
Bununla belə, İran rəsmiləri tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib və məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Son aylarda İranda siyasi və təhlükəsizlik ittihamları ilə bağlı edamların artdığı barədə insan haqları təşkilatları mütəmadi hesabatlar yayımlayır.