Türk dünyasının deputatları Şimali Kiprdə - FOTO

Türk dünyasının deputatları Şimali Kiprdə - FOTO
17:00
Müxtəlif Türk ölkələrinin deputatları Şimali Kipr Türk Cümhuriyyətinə səfər ediblər.

News365.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycanı Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı təmsil edib.
Səfər ərəfəsində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman ilə görüş keçirilib.

Görüş zamanı Türk dünyasının ortaq gələcəyi, dövlətlərimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və beynəlxalq platformalarda ortaq fəaliyyətin əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, Türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsi, ortaq maraqların müdafiəsi və gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı mühüm məsələlər müzakirə olunub.

Bu görüş bir daha nümayiş etdirib ki, Türk dünyasının birliyi ortaq tariximizə, dilimizə, mədəniyyətimizə və milli-mənəvi dəyərlərimizə söykənən sarsılmaz bağlarla möhkəmlənir.

Deputatlar səmimi qəbula, göstərilən yüksək qonaqpərvərliyə və faydalı fikir mübadiləsinə görə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmana təşəkkür edib, Türk dünyasının birliyi və həmrəyliyi naminə həyata keçirilən belə görüşlərin gələcək əməkdaşlıqlara mühüm töhfələr verəcəyinə inandıqlarını bildiriblər.


Sizin reklam burada
Sizin reklam burada