DİQQƏT: İmtahansız kollec qəbulu ilə bağlı gözləntilərə aydınlıq gətirildi

DİQQƏT: İmtahansız kollec qəbulu ilə bağlı gözləntilərə aydınlıq gətirildi
09:45

Gələcəkdə kolleclərə qəbulun imtahansız şəkildə həyata keçirilməsi ilə bağlı məsələ vaxtaşırı ictimai müzakirələrə səbəb olur. Bəs mövcud qanunvericilikdə belə bir dəyişiklik mümkündürmü və yaxın perspektivdə bu istiqamətdə yenilik gözlənilirmi?

Mövzu ilə bağlı danışan təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev bildirib ki, onun fikrincə, imtahansız qəbul daha çox peşə təhsili müəssisələrinə tətbiq olunmalıdır.

Təhsil məsələləri üzrə ekspert 300 minlik dələduzluqda ittiham edilir Pravda.az

“Mənim şəxsi fikrimcə, kolleclərdən daha çox peşə məktəblərinə qəbulun imtahansız aparılması vacibdir. Çünki hər bir gəncin ali təhsilli olması şərt deyil. Amma hər kəsin bir sənəti, bir peşəsi olmalıdır. İnsan mütləq hansısa işi bacarmalıdır ki, həm özünə, həm ailəsinə, həm də ölkəsinə fayda verə bilsin. Cəmiyyətin inkişafı təkcə diplomla deyil, peşəkar kadrlarla da mümkündür.”

Fuad Hacıyev qeyd edib ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən kolleclərə qəbul imtahan yolu ilə həyata keçirilir və bu qaydanın dəyişdirilməsi ilə bağlı rəsmi qərar mövcud deyil.

“Hazırkı qanunvericiliyə əsasən kolleclərə qəbul imtahan yolu ilə həyata keçirilir. Gələcəkdə bu sistemdə dəyişikliklərin olub-olmayacağı ilə bağlı yekun qərarı yalnız aidiyyəti dövlət qurumları verə bilər. Təhsil sahəsində zaman-zaman islahatlar aparılır, lakin bu gün üçün imtahansız qəbulun tətbiqi ilə bağlı rəsmi qərar yoxdur”, – deyə ekspert vurğulayıb.

konkret.az


Sizin reklam burada
Sizin reklam burada