İsveçrənin Aarau şəhərindəki ippodromda keçirilən əyləncə gecəsi zamanı atışma baş verib.
News365.az "Blick" qəzetinə istinadən xəbər verir ki, insidentdən sonra hadisə yerinə çox sayda polis əməkdaşı, təcili tibbi yardım briqadaları və yanğınsöndürənlər cəlb olunublar.
İppodromun ətrafı mühasirəyə alınıb. Polis bir neçə dəfə atəş açıldığını və xəsarət alanların olduğunu təsdiqləyib. Ölənlərin olub-olmaması barədə hələlik məlumat yoxdur.
Qəzetin məlumatına görə, hüquq-mühafizə orqanlarının vətəndaşlara hadisə zonasından uzaq durmaq barədə müraciət etməsi atışmada şübhəli bilinən şəxslərin hələ də saxlanılmadığını göstərə bilər.