Şəkidə açıq ərazidə yanğın baş verib

Şəkidə açıq ərazidə yanğın baş verib
05 Avq 2026 23:00

Şəkidə açıq ərazidə yanğın baş verib.

News365.az xəbər verir ki, hadisə rayonun Küdürlü kəndi inzibati ərazisində, yol kənarındakı açıq sahədə qeydə alınıb. Yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində 7 hektar sahədə quru ot və kol-kos yanıb.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada