872 gün davam edən Leninqrad mühasirəsinin dəhşətli statistikası

872 gün davam edən Leninqrad mühasirəsinin dəhşətli statistikası
22:40

Leninqradın 872 gün davam edən mühasirəsi İkinci Dünya müharibəsinin ən ağır humanitar fəlakətlərindən biri hesab olunur.

News365.az xəbər verir ki, mühasirə zamanı 1,3 milyondan çox insan həyatını itirib. Məlumata görə, ölənlərin təxminən 97 faizi aclıq və soyuq səbəbindən dünyasını dəyişib.

Bu dövrdə şəhərə 107 mindən çox bomba və artilleriya mərmisi atılıb. Nasist Almaniyası Leninqradı aclıq yolu ilə təslim olmağa məcbur etməyə çalışırdı.

1943-cü ildə Ladoqa gölünün cənubunda 11 kilometrlik dəhliz açılıb, cəmi 18 gün ərzində isə 33 kilometrlik dəmir yolu çəkilib. Bunun sayəsində həmin ilin fevralından etibarən şəhərə qatarlarla ərzaq, xammal və sursat daşınmasına başlanılıb.



Sizin reklam burada
Sizin reklam burada