Hikmət Hacıyev: "Mənə aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim olunub"

Hikmət Hacıyev: "Mənə aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim olunub"
21:00

"Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə maraqlı görüşümüz baş tutdu. Amma təəssüflə qeyd edirəm ki, "Türkiye Gazetesi"nın jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş reportajda mənə aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim edilib".

News365.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb.

H.Hacıyev bildirib ki, həmin məqalədə ona istinadən verilən bir sıra ifadələr düzgün deyil:

"Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikası öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür".


Sizin reklam burada
Sizin reklam burada