Rubinyanın ikinci müavini o oldu

Rubinyanın ikinci müavini o oldu
20:00

Ermənistan Milli Məclisində sədr müavini postuna yeni təyinat baş tutub.

News365.az xəbər verir ki, hakim “Mülki Müqavilə” fraksiyasının deputatı Vahaqn Aleksanyan parlament sədrinin müavini seçilib.

Qapalı keçirilən gizli səsvermədə Aleksanyanın namizədliyini 62 deputat dəstəkləyib, 27 nəfər isə əleyhinə səs verib. Müxalifətdə olan “Hayastan” fraksiyasının rəhbəri Anna Qriqoryan isə partiyasının səsverməni boykot etdiyini bəyan edib.


Sizin reklam burada
Sizin reklam burada