Bakıda məsciddə yanğın olub

Bakıda məsciddə yanğın olub
22:20

Bakının Suraxanı rayonu, Köhnə Günəşli qəsəbəsində yerləşən Səməd bəy Mehmandarov küçəsindəki Mirtağı məscidində yanğın baş verib.

News365.az xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.(APA)


Sizin reklam burada
Sizin reklam burada