2026-cı il aprelin 1-i vəziyyətinə iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 246 min 851 nəfər olub.
Onlardan işsizlikdən sığorta ödənişi alanların sayı 4 min 548 nəfər təşkil edib.
Ən çox qeydiyyata alınmış işsiz Ağdam rayonunda qeydə alınıb - 7 min 144 nəfər.
| 2026, yanvar-mart: İqtisadi rayonlar və inzibati ərazi | Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı (nəfər) |
|---|---|
| Ağdam rayonu | 7 144 |
| Bərdə rayonu | 6 895 |
| Lənkəran rayonu | 6 850 |
| Şəmkir rayonu | 6 818 |
| Sumqayıt şəhəri | 6 393 |
| Göyçay rayonu | 5 658 |
| Quba rayonu | 5 604 |
| Cəlilabad rayonu | 5 326 |
| Şəki rayonu | 5 308 |
| Abşeron rayonu | 5 116 |