"İsrailin Suriya addımları bölgədə toqquşma ehtimalını artırır"- Sultan Zahidov

"İsrailin Suriya addımları bölgədə toqquşma ehtimalını artırır"- Sultan Zahidov
13:29

"İsrailin Suriya addımları bölgədə toqquşma ehtimalını artırır"

Politoloq Sultan Zahidov bu sözləri News365.az-a açıqlamasınd deyib.

"Suriya ətrafında vəziyyət kifayət qədər kritikləşir. Bir tərəfdən İsrail, oradakı yəhudi icmasının təhlükəsizliyini əsas gətirərək Suriyaya qarşı aviazərbələr həyata keçirir, müəyyən hədəfləri və obyektləri vurur. Digər tərəfdən isə bu, Suriya tərəfindən – onun suverenliyi nəzərə alınmadığı üçün – qəsb kimi qəbul olunur. Bu, eyni zamanda Türkiyədə də narahatlıq yaradan bir məsələdir.

Bəzi mütəxəssislərin fikrincə, bu ssenari Türkiyə və İsrail arasında toqquşmaya gətirib çıxara bilər. Lakin belə bir qarşıdurmanın baş verməsi həm iki ölkə, həm də ümumilikdə region üçün mənfi nəticələrə səbəb ola bilər. Mən düşünürəm ki, nə Türkiyə, nə də İsrail bu qarşıdurmada maraqlıdır. Çünki İsraildəki əksər düşüncə mərkəzləri, ictimai və siyasi fiqurlar İsrailin heç bir halda Türkiyə ilə qarşıdurmaya getmək niyyətində olmadığını vurğulayırlar. Onlar bu məsələlərin diplomatik yollarla həllinin vacibliyini qeyd edirlər.

Bildiyiniz kimi, Türkiyənin xarici işlər naziri də bir müddət əvvəl bəyan etmişdi ki, İsraillə hər hansı eskalasiyada maraqlı deyillər. Belə olan halda tərəflərin bir-biri ilə konfrontasiyaya meyilli olmamaları, danışıqlar və müzakirələr üçün müəyyən imkanlar yaradır. Əsas məsələ həmin müzakirələrdən məhsuldar şəkildə istifadə etməkdir. Qeyd etmək lazımdır ki, son günlərdə Azərbaycan vasitəçiliyi ilə Bakıda bu istiqamətdə bəzi görüşlər də baş tutub."



Sizin reklam burada
Sizin reklam burada