İsrailə bir neçə yük təyyarəsi enib

İsrailə bir neçə yük təyyarəsi enib
19 İyn 2025 22:45

Ordu üçün silah və hərbi texnika daşıyan bir neçə yük təyyarəsi bu gün İsrailə eniş edib.

News365.az xəbər verir ki, bu barədə israil ordusunun açıqlamasında bildirilib.

“Bu, əməliyyatın davamlılığını gücləndirmək və müharibənin məqsədlərinə nail olmaq üçün ordunun ehtiyaclarını dəstəkləmək səylərinin bir hissəsidir”, - məlumatda qeyd edilib.

Nazirlik vurğulayıb ki, İsrailin İrana qarşı əməliyyatı başlayandan (13 iyundan) bəri İsrail ordusu üçün ləvazimatlar daşıyan 14 yük təyyarəsi qarşılanıb. Müharibənin əvvəlindən (7 oktyabr 2023) indiyədək isə İsrailə 800 hərbi yük təyyarəsi eniş edib.

Təyyarələrin böyük əksəriyyəti ABŞ-dan gəlib.


Sizin reklam burada
Sizin reklam burada