İsrail və Livan arasında tarixi saziş...

İsrail və Livan arasında tarixi saziş...
22:20

İsrail, Livan və ABŞ üçtərəfli çərçivə sazişi imzalayıblar.

News365.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, görüş zamanı Vaşinqtonun dəstəklədiyi və İsrailin əlində olan bəzi ərazilərin Livan ordusunun nəzarətinə verilməsini nəzərdə tutan təklif müzakirə edilib.

Danışıqlardan əvvəl Livan İsrail qüvvələrinin öz ərazisindən tamamilə çıxarılmasında israr edib. İsrail öz növbəsində hər hansı qoşunun çıxarılmasının yalnız Hizbullahın tamamilə tərksilah edilməsi ilə mümkün olacağını bildirib və qrupun sərhəd boyunca hərbi mövcudluğunu bərpa etməyəcəyinə zəmanət istəyib.

İmza mərasimində çıxış edən ABŞ dövlət katibi Marko Rubio deyib:

"Bu, başlanğıcın başlanğıcıdır. Qarşıda hələ çox iş var. Bu gün ilk addımı atdıq. Və ilk addım çox vaxt ən çətin olur”.


Sizin reklam burada
Sizin reklam burada