İsrail öldürülən generalların siyahısını yaydı

İsrail öldürülən generalların siyahısını yaydı
13 İyn 2025 15:00

İsrailin İrana bu gün həyata keçirdiyi hücum zamanı öldürülən yüksək rütbəli rəsmilərin siyahısı açıqlanıb.

News365.az xəbər verir ki, “Mouze” Teleqram kanalı siyahını İsrail kəşfiyyatının yaydığını bildirib.

Həlak olan şəxslərin siyahısı:

1. General Məhəmməd Hüseyn Bagiri – İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi;

2. Hüseyn Salami – SEPAH komandanı;

3. General Qulam Əli Rəşid – “Xatem əl-Ənbiya” qərargahının komandanı;

4. Məhəmməd Pakpur – SEPAH Quru Qoşunlarının komandanı;

5. Əlirza Təngsiri – SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı;

6. Əmir Əli Hacızadə – SEPAH Kosmik Qüvvələrinin komandanı;

7. İsmail Qaani – SEPAH Qüds Qüvvələrinin komandanı;

8. Əlirza Süleymani – “Bəsic” qüvvələrinin komandanı;

9. Əmir Musəvi – İran ordusunun komandanı;

10. Əmir Şəhram İranian – İran ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı;

11. Əlirza Fordastan – İran ordusunun Quru Qoşunlarının komandanı;

12. Keyumərs Heydəri – İran ordusunun Quru Qoşunlarının komandanı

13. Nəsirzadə – Hərbi Hava Qüvvələrinin komandanı.

Bildirək ki, siyahıda adları keçən bəzi şəxslərin öldürülməsi İran tərəfindən rəsmən elan olunmayıb.

Siyahıda adı qeyd olunan Məhəmməd Pakpur isə SEPAH-ın yeni komandanı təyin edilib.


Sizin reklam burada
Sizin reklam burada