İsrail Livanda yük maşınına hücum edib, 3 nəfər ölüb

İsrail Livanda yük maşınına hücum edib, 3 nəfər ölüb
01 May 2025 15:33

İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə şəhərində yük maşınına endirdiyi hava zərbəsi nəticəsində 3 nəfər həlak olub.

News365.az xəbər verir ki, bu barədə NNA məlumat yayıb.

Xəbərdə İsrailin yük maşınının pilotsuz uçuş aparatı ilə hədəfə alındığı bildirilib. 

Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin cənubda PUA ilə hədəf aldığı avtomobildə biri livanlı, ikisi suriyalı üç nəfərin həyatını itirdiyi bildirilib.


Sizin reklam burada
Sizin reklam burada