İspaniya Baş nazirinin təyyarəsi təcili eniş edib- Təxribat, yoxsa...?

İspaniya Baş nazirinin təyyarəsi təcili eniş edib- Təxribat, yoxsa...?
04 May 2026 09:10

İspaniyanın Baş naziri Pedro Sançezi daşıyan təyyarə  bazar günü axşamı texniki problem səbəbindən Ankara hava limanına təcili eniş edib.

 News365.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, P.Sançesin təyyarəsi Ermənistana gedərkən  qəzaya uğrayıb. Nasazlığın səbəbi və ya ciddiliyi barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, İspaniya Baş naziri Fələstin məsələsinə güclü dəstək verir. ABŞ  və İsrailin İrana qarşı başlatdığı müharibəyə açıq şəkildə qarşı çıxıb və bu amilə görə, Türkiyədə müsbət imic qazanıb.


Sizin reklam burada
Sizin reklam burada