İsmayıllıda 2 maşın toqquşdu - Qadın sərnişin VƏFAT ETDİ

İsmayıllıda 2 maşın toqquşdu - Qadın sərnişin VƏFAT ETDİ
11:19

Dünən İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Buynuz kəndi ərazisində olub.

Belə ki, Vüsal Rubilzadənin idarə etdiyi “Kia” və Zeynəddin Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
 

Nəticədə “VAZ”da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.


DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Sizin reklam burada
Sizin reklam burada