Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin (VSF) HIMARS reaktiv yaylım atəş sistemlərinə (MLRS) xidmət edən Zaporojyedəki “İskra” zavoduna zərbələr endirib. Bu barədə “Voennaya xronika” (“VK”) Telegram kanalı məlumat yayıb.
Hərbi müxbirlərin məlumatına görə, müəssisənin ərazisi “İskəndər” operativ-taktiki raket kompleksindən buraxılmış iki raketlə vurulub.
Hadisənin təfərrüatları və dəymiş ziyan barədə məlumat verilmir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural