Rio-de-Janeyroda
baş tutan karnavalda İrina Şeyk diqqət mərkəzində olub. 39 yaşlı rusiyalı model
sosial şəbəkədə bayram görünüşünün fotolarını və qısa videolarını paylaşıb.
İnternetdə Şeykin yenidən bir araya gəldiyi amerikalı futbolçu Tom Bredi görmək
üçün Braziliyaya uçması müzakirə olunur. Bredi öz ölkəsində onunla birlikdə
yaşayan supermodel Jizel Bündxendən olan uşaqları ilə Braziliyada çox vaxt
keçirir. İrina Şeyk karnavaldan əvvəl çılpaq və zinət əşyaları taxmış fotosunu
yayımlayaraq izləyicilərinin diqqətini tədbirə qızdırıb. İrina eyni rəngli
parlaq bikinidə və tüklü baş geyimində Braziliya şəhərinin küçələrini də
gəzirdi.
News365.az