İrəvanda tragikomik hadisə: Qartopuna görə bıçaqlandı

İrəvanda tragikomik hadisə: Qartopuna görə bıçaqlandı
21 Fev 2025 14:45

Ermənistanda tragikomik hadisə baş verib. Ermənistan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 16 yaşlı yeniyetməni bıçaqlayan 49 yaşlı kişi saxlanılıb. Kriminal hadisəyə səbəb isə qartopu oyunu olub.

"Daha əvvəl məlum olmuşdu ki, paytaxtın mərkəzi rayonlarından birində yeniyetmə atdığı qar topuna görə bıçaqlanıb.

Daxili İşlər Nazirliyi onu da bəyan edir ki, hadisə Tiqran Mets küçəsində, binalardan birinin həyətində baş verib.

Polisin məlumatına görə, yeniyetmə bud nahiyəsindən bıçaqlanıb", - nazirliyin məlumatında qeyd edilib. Hadisəni törədən şəxs yeniyetmənin 49 yaşlı qonşusu olub: "Polis həmin şəxsi saxlayıb və İstintaq Komitəsinə aparıb. Cinayətin törədildiyi soyuq silah axtarılır".

Tural


Sizin reklam burada
Sizin reklam burada