Kiyev sazişdən imtina etsə, "Starlink" qadağası görəcək -"Reuters"

Kiyev sazişdən imtina etsə, "Starlink" qadağası görəcək -"Reuters"
10:15

Ağ Ev Ukrayna lideri Vladimir Zelenskinin Vaşinqtonla ABŞ-yə ölkənin mineral ehtiyatlarından istifadəyə icazə verən sazişi imzalamayacağı təqdirdə, Ukrayna Silahlı Qüvvələrinin cəbhədə istifadə etdiyi Starlink rabitə sistemlərini bağlamaqla hədələyib. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.


“Kiyevdən Ukraynanın ən mühüm mineral ehtiyatlarına çıxışı təmin etməyə çalışan amerikalılar ölkənin İlon Maskın həyati əhəmiyyət daşıyan Starlink peyk internet sisteminə çıxışını kəsmək ehtimalını gündəmə gətiriblər”, - nəşr yazır.

Qeyd olunur ki, Prezident Vladimir Zelenskinin ABŞ-ın maliyyə naziri Skot Bessentin ölkənin resursları ilə bağlı ilkin təklifini rədd etməsindən sonra ABŞ və Kiyev rəsmiləri arasında müzakirələr zamanı Ukrayna Silahlı Qüvvələrinin Starlink-ə çıxışının davam etdirilməsi məsələsi Amerika tərəfi tərəfindən qaldırılıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada