Təcili yardım maşını piyadanı vuraraq öldürdü

Təcili yardım maşını piyadanı vuraraq öldürdü
09:10

Goranboyda təcili yardım maşını piyadanı vuraraq öldürüb.


News365.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayon ərazisindən keçən hissəsində qeydə alınıb.


Təcili Tibbi Yardım maşını yolu qarşı tərəfə keçən 2004-cü il təvəllüdlü Cahangir Orucovu vurub.


Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada