İsrail əsirlikdə ölən HƏMAS-ın girovu Şiri Bibasın qalıqlarını müəyyən edib. Bu barədə Haaretz məlumat yayıb.
Qadının qalıqları İsrail Milli Məhkəmə Ekspertizası İnstitutu tərəfindən müəyyən edilib. İki uşaq anası Şiri Bibas Kibbutz Nir Ozda yaşayırdı və 7 oktyabr 2023-cü ildə Qəzza zolağına qaçırılmışdı. Oğulları Ariel və Kfir onunla birlikdə girov götürülüb və onlar da ölüb. HƏMAS iddia edir ki, onların ölümünə İsrailin girovların saxlandığı ərazilərə hücumu səbəb olub. Şirinin əri Yarden Bibas sağ qalıb. O, 2025-ci il fevralın 1-də girovlar dəyişdirilərkən azad edilib.
Fevralın 20-də HƏMAS dörd nəfərin cəsədini İsrailə təhvil verib və onlardan üçünün Şiri Bibas və uşaqları olduğunu iddia edib. Lakin İsrail əldə edilən qalıqların Bibas ailəsinin heç bir üzvünə aid olmadığını bildirmişdi. HƏMAS isə Bibasın yerinə səhvən fələstinli qadının cəsədini İsrailə təhvil verdiyini bildirib.
Hərəkat döyüş ərazisində dağıntıların təmizlənməsi prosesi zamanı cəsədlərin qarışdığını etiraf edib. Çünki girovların saxlandığı yerdə fələstinlilər də olub.
Tural