Qərb şirkətləri Rusiya bazarını tərk etmək qərarına görə milyonlarla dollar itirib. Ümumi itkiləri isə 13,6 milyard dollar təşkil edib. Bu barədə Rusiya mediası şirkətlərin maliyyə hesabatlarına istinadən məlumat yayıb.
Rusiya bazarını tərk etməkdən ən çox zərər çəkən şirkətlər alkoqol, tütün və fast food sənayesinə cavabdeh olan şirkətlər olub. British American Tobacco biznesini ölkədən çıxardığı üçün 1,15 milyard dolları itirmək məcburiyyətində qalıb. McDonald's da ciddi ziyanlar gördü - 1,2 milyard dollar. Rusiya bazarında KFC ilə təmsil olunan Yum Brands 4 milyon dollar, Starbucks isə 20 milyon dollar itirib.
Bundan əlavə, süd məhsulları istehsalçısı Danone 757,7 milyon dollar, Coca-Cola isə 195,4 milyon dolları itirib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Rusiyanın işğalçılıq siyasətinə görə xeyli sayda Qərb şirkəti Rusiya bazarını tərk etməyə başladı. Bundan başqa Rusiyaya qarşı saysız iqtisadi sanksiyalar tətbiq edilir.
Tural