Ermənistanda ciddi ekoloji böhran yaşanır. Yerli medianın yaydığı məlumata görə artıq bir neçə gündür ki, İrəvanın Erebuni və Şenqavit inzibati rayonlarının sakinləri hədsiz dərəcədə çirklənmiş, zəhərli su içirlər. "Mamul" nəşri yazır ki, paytaxtda yaşayanlar krandan evlərə gələn suyun çirkli görünməsi ilə yanaşı içmək üçün yararsız olması ilə bağlı həyəcan təbili çalırlar. Onlar əlavə pullar xərcləyərk qablarda su alırlar ki, bu da ailələr üçün əlavə maliyyə yüküdür.
"Sakinləin sözlərinə görə, içməli suyun keyfiyyətində problem yay aylarında daimi şəkildə olur. Bu gün meriyanın inzibati iclasında kanalizasiya boruları problemi ayrıca müzakirə olunub, bələdiyyə əsassız ittihamlar irəli sürüb, buna səbəb kimi “Veolia Water” şirkətinin fəaliyyətsizliyi göstərilib. Bununla belə içməli su ilə bağlı yuxarıda qeyd olunan problemlə bağlı bir kəlmə də danışılmayıb.
Qeyd edək ki, sakinlər dəfələrlə “Veolia Water” şirkəti ilə əlaqə saxlasalar da, problem həllini tapmayıb", - nəşr yazıb.
Tural