Qırmızı Bazar qəsəbəsi barədə nə bilirik?

Qırmızı Bazar qəsəbəsi barədə nə bilirik?
09:34
1947-ci ildə şəhər tipli qəsəbə statusu alan Xocavənd rayonunun Qırmızı Bazar adını yanlış olaraq 1924-cü ildə burada 1 May Günü keçirilməsi ilə bağlayırlar. Əslində Qırmızı sözü bura bu tarixdə əlavə edilib. Bunun da səbəbi təbii coğrafi amillə bağlı olub
Bazarın qurulduğu ərazidəki torpağın tərkibi qırmızımtıl gilli süxurlardan ibarətdir. Yağış yağanda ərazidəki cığırlar və bazar meydanı qırmızı rəngə çalarmış. Sovet hakimiyyəti gələndə bu təbii rəng faktorunu öz ideologiyalarına uyğunlaşdıraraq adı rəsmiləşdiriblər.
El arasında bura Ağali kəndi deyirdilər.
Rusiya işğalından öncə bura Qarabağın mərkəzi Bazarı olan ərazi kimi mənbələrdə yazılır. Qəsəbənin yerləşdiyi ərazi tarixən ətraf kəndlərin, Mavaş, Sığnax, Tağaverdi, Tuğ, Hadrut və digər yerlərin sakinləri üçün əsas bazar yeri olub. Bunu sübut etmək üçün heç bir mənbəyə də ehtiyac yoxdur.
Elə buranın ərazisində təkcə Şərq çinarı ağaclarını misal göstərmək olar ki, burda yaşayışın min ildən çox tarixə söykəndiyini görmək olar. Eyni zamanda Qafqaz Albaniyası dövrünə aid olan Skaxmaz məbədi də bunu təsdiq edən mühüm mənbədir.
Vərəndə mahalı tərkibində olan bu ərazi Xanlıq dövrlərində və ondan da öncə əsas yol üstü mühüm mərkəz kimi də rol oynayıb. 1880-ci ildə, Qırmızı Bazar ərazisində ilk ticarət köşkləri yaradılır və bu buranın ticari bir əhəmiyyətli olmasını göstərir.
Buranı gəzərkən diqqəti cəlb edən bəzi saxsı boruların qalıqlarınıı görmək olar. Bu ərazidəki bulaqların suyu dağların dərinliklərindən xüsusi saxsı borularla gətirilirdi.
Qırmızı Bazar 1947-ci ildə şəhər tipli qəsəbə statusu alıb. Ərazi vahidi olaraq DQMV-də Martuni rayonuna tabe idi. SSRİ dağıldıqdan sonra Azərbaycan höküməti tərəfindən DQMV ləğv olundu, Qırmızı Bazar qəsəbəsi isə yeni yaradılmış Xocavənd rayonunun tabeliyinə verildi.
Erməni işğalından azad edildikdən sonra bura günü gündən daha çox canlanır. Əgər ciddi turizm üçün bura kapital qoyulsa əraziyə axın çox ola bilər.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada