Mərhum jurnalistin qızından təsirli paylaşım

Mərhum jurnalistin qızından təsirli paylaşım
01:14
Mərhum jurnalist Rəşad Baxşəliyevin qızı sosial şəbəkədə təsirli paylaşım edib. News365.az paylaşımı təqdim edir: Ata...
Sənin yoxluğun sadəcə bir ayrılıq deyil, içimdə bitməyən bir sükutdur. Ele bir sükut ki, nə qədər insan içində olsam belə özümü tək, çarəsiz hiss edirəm. Sanki, həyat dəvam edir amma mən hər şeyin bir addım gerisində qalmışam.
Sən gedəndən sonra başa düşdüm ki, insanın arxasında dayanan biri olmayanda dünya daha ağır olurmuş. Çünki heçnə sənin varlığın qədər güc vermir. Sənin "mən burdayam" deyən baxışın yoxu artıq...və bu, hər şeydən daha çox yorur məni.
Günün hər anı səni xatırlayıram, səsini, gülüşünü, sadə görünsə belə dünyaya tutunmağa yetəcək sözlərini xatırlayıram ata..
Hamı deyir ki, zaman hər şeyi sağaldır.Amma zaman səni geri qaytarmır. Sadəcə, bu ağrı ilə necə yaşamalı olduğumu öyrədir.
Hər saniyə dünyalardan əziz xatirələrimizi xatırlayıram: Səmimi anlarımızı, mənə ən kiçik hadisəyə, var olduğumuz, nail olduğumuz hər şeyə şükür etməyi öyrətdiyini, birlikdə yaşaya bilmədiyimiz amma heç sıxılmadan qurduğumuz xəyallarımızı, gələcəyimizi...
Mən atamla fəxr edirdim, var olduğum hər anımda da atamla fəxr edəcəm.Bunu atamın özünə də demişdim "ata, mən səninlə qürur duyuram!"
İndi şahidi olun, hərkəsə deyirəm: Mən atamla qürur duyuram, fəxr edirəm ki, Rəşad Baxşəliyevin qızıyam!

Sizin reklam burada
Sizin reklam burada