İrana nüvə bombası atılacaq? -Rusiya "fəlakətli olar" deyir

İrana nüvə bombası atılacaq? -Rusiya "fəlakətli olar" deyir
20 İyn 2025 10:50

İsrail-İran münaqişəsi dərinləşdikcə ABŞ-nin hərbi əməliyyatlara müdaxiləsi məsələsi daha çox gündəmə gəlir. Qərb mediası hətta ABŞ-nin İranda nüvə silahından istifadə edəcəyini yazır.

Kremlin sözçüsü Dmitri Peskov bu gün məsələyə reaksiya verib. O, ABŞ-ın İranda mümkün nüvə silahından istifadəsini fəlakət adlandırıb. 

"Hadisələrin bu cür inkişafı fəlakətli olar. Lakin məsələ ətrafınd o qədər spekulyasiya var ki, bu barədə faktiki şərh vermək mümkün deyil", - o vurğulayıb.

Bundan əvvəl “The Economist” yazıb ki, İsrail İslam İnqilabı Keşikçiləri Korpusunun nüvə başlığını raketlərə tətbiq etməyə hazırlaşması barədə məlumatlar əldə etdiyi üçün İranla müharibəyə başlayıb. İyunun 19-u isə Ağ Ev bəyan etdi ki, İrana nüvə silahı yaratmaq üçün bir neçə həftə lazım olacaq. Bütün bunların fonunda Fox News xəbər yayıb ki, ABŞ İranda taktiki nüvə silahından istifadəni istisna etmir.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural


Sizin reklam burada
Sizin reklam burada