İrandan İsrailə ən azı 50 raket atılıb. Bəzi məlumatlara görə, hücum İran və Yəmənin Ənsarullah (Husi) qüvvələrinin birgə hücumu olub və İsrail ərazisində sirenlərin səslənməsinə səbəb olub.
Yedioth Ahronoth xəbər verir ki, "İranın onlarla ballistik raket buraxılışı İsrailin şimalında və mərkəzində sirenləri işə salıb".
İsrail mediası İranın bombardmanının Haderadakı elektrik stansiyasını və Netanyahunun Qeysəriyyədəki iqamətgahını hədəf aldığını bildirib.
Təl-Əvivdəki hərbi obyektlərin də hədəfə alındığı bildirilir.